...

Biləsuvarda tikiş fabriki fəaliyyətə başlayıb (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2025 15:00 (UTC +04:00)
Biləsuvarda tikiş fabriki fəaliyyətə başlayıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Biləsuvar rayonunda yeni tikiş fabriki fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, regionda sənayenin inkişafı və məşğulluğun təmin olunmasına öz töhfəsini verəcək müəssisənin qurulmasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstək göstərilib. Belə ki, Agentlik fabrikin yaradılması üçün sahibkara dövlət dəstəyi mexanizmləri barədə məsləhət xidməti, istehsal fəaliyyətini həyata keçirmək üçün obyektin tapılması, aidiyyəti qurumlarla əlaqələndirməklə işçilərin peşə hazırlığı kurslarına cəlb edilməsi və dövlətin güzəştli kreditinə çıxış istiqamətində dəstək göstərib.

Tekstil sahəsində 10 illik təcrübəyə malik fərdi sahibkarın yaratdığı müəssisə istehsal ərazisi və yardımcı infrastruktur olmaqla ümumilikdə 1000 m²-ə yaxın sahəni əhatə edir. Müəssisənin qurulmasına ilkin mərhələdə 120 min manat həcmində investisiya yatırılıb. Hazırda burada 16 işçi çalışır ki, onların əksəriyyəti qadınlardır. Növbəti mərhələdə isə müəssisədə 70-80 nəfərin məşğulluğunun təmin olunması planlaşdırılır. Müəssisə ekoloji baxımdan zərərli tullantılar yaratmır və ətraf mühitə mənfi təsir göstərmir.

Regionlarda istehsal və emal müəssisələri yaratmaq istəyən sahibkarlıq subyektləri dövlət dəstəyi mexanizmləri barədə informasiya, məsləhət xidməti, əlaqələndirmə və digər dəstəklər üçün KOBİA-nın bölgədə fəaliyyət göstərən KOB dostu ofisinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti