...

Qarlı havada təcili yardıma müraciət edənlərin və xəsarət alanların sayı AÇIQLANDI

Cəmiyyət Materials 3 Mart 2025 10:34 (UTC +04:00)
Qarlı havada təcili yardıma müraciət edənlərin və xəsarət alanların sayı AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar 28.02.2025-ci il-02.03.2025-ci il tarixlərində 21-i qadın, 18-i kişi olmaqla, 39 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 35 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

"4 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb"- deyə məlumatda qeyd edilib.

Eyni zamanda Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qarlı hava şəraiti ilə əlaqəli olaraq 456 nəfər müaciət edib.

"Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 48 nəfərə cərrahi müalicə tətbiq olunub",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti