...

bp daha beş müəllifin kitabını nəşr etdirib

Cəmiyyət Materials 5 Mart 2025 16:45 (UTC +04:00)
bp daha beş müəllifin kitabını nəşr etdirib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

bp-nin nəşr etdirdiyi 5 azərbaycanlı müəllifin kitabının təqdimatı olub.

Trend xəbər verir ki, təqdimat mərasimində tanınmış ədəbiyyat xadimləri, alimlər və tədqiqatçılar, eləcə də çoxsaylı ədəbiyyatsevərlər bir araya gəliblər.

Sərginin açılışında bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edib: "Təqdim etdiyimiz beş gənc şair və yazıçının kitabları, eləcə də daha öncə nəşr edilmiş dörd istedadlı gənc yazara göstərdiyimiz dəstək Azərbaycanın möhtəşəm mədəni, bədii və ədəbi irsinin təşviqi və təbliğinə yönəlmiş davamlı səylərimizin daha bir nümunəsidir".

Həmçinin, təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev müasir ədəbiyyatımızın istedadlı, seçkin gənc yazarlarının kitablarının nəşrinə bp-nin yardım göstərməsi təqdirəlayiq hal olduğunu qeyd edib: “Ümid edirəm ki, yüksək poliqrafik göstəricilərlə nəşr olunan bu kitablar gənc yazarların yaradıcılığının stimullaşmasında əhəmiyyətli rol oynayacaq”.

Qeyd edək ki, layihə çərçivəsində Qismətin "Tanış küçələrin birində”, Ruslan Dost Əlinin “3 mart”, Ulucay Akifin “Bayılda axşamçağı”, El Romanın “Ağ kvadrat” şeirlər toplusu, Rəvan Cavidin “Gecəni axtaranlar” qısa hekayələr və roman toplusu çapdan çıxıb.

Beş kitab birlikdə təxminən 570 səhifədən ibarətdir. Kitabların nəşri də daxil olmaqla, layihənin ümumi dəyəri təqribən 64850 AZN (38147 ABŞ dolları) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti