...

Elmin inkişafı təkcə alimlərin üzərinə düşən məsələ deyil - İsa Həbibbəyli

Cəmiyyət Materials 8 Aprel 2025 11:29 (UTC +04:00)
Elmin inkişafı təkcə alimlərin üzərinə düşən məsələ deyil - İsa Həbibbəyli
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Elmi inkişaf etdirmək təkcə alimlərin və universitetlərin üzərinə düşən məsələ deyil.

Trend xəbər verir ki, bunu bu gün AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli UNEC-də mühüm elmi müzakirələrə həsr olunmuş “Elm Festivalı” zamanı çıxış edərkən deyib.

O bildirib ki, elmi inkişaf etdirmək elmin dilinin sadələşməsi ilə həyata keçirilə bilər. Bu da cəmiyyətin ən kiçik fərdindən başlamalıdır.

"Mən bu məsələ ilə bağlı çağrışları cəmiyyət üçün əhəmiyyətli hesab edirəm. Eyni zamanda rəqəmsal inkişaf təbiət elmlərinin inkişafına daha çox təsir edir. Əlbəttə ki, texniki elmlər, süni intellekt, rəqəmsallıq sürətlə inkişaf edir. Bu, dünya üçün çox yaxşıdır. Lakin digər elmləri də göz ardı etmək olmaz. Humanitar elmlər də inkişaf etməlidir. Hazırda humanitar elmlərlə əlaqəli olan genetik mühəndislik dünyada aktualdır. Belə sahələr çox faydalıdır və inkişafına təkan vermək lazımdır.

Cəmiyyəti düşündürən əsas məsələ də gen mühəndisləri ilə bağlıdır. Bunun bəşəriyyət üçün nə qədər əhəmiyyətli olduğunu yadda saxlamaq lazımdır "- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti