Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, havanın temperaturu gecə +7 dərəcədən +10 dərəcəyədək, gündüz +11 dərəcədən +14 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +5 dərəcədən +9 dərəcəyədək, gündüz +12 dərəcədən +16 dərəcəyədək, dağlarda gecə -1 dərəcədən +4 dərəcəyədək, gündüz +5 dərəcədən +9 dərəcəyədək olacaq.