...

Silahlı Qüvvələr Günü ilə bağlı 4 gün iş olmayacaq

Cəmiyyət Materials 4 İyun 2025 15:03 (UTC +04:00)
Silahlı Qüvvələr Günü ilə bağlı 4 gün iş olmayacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Məlumat üçün bildirək ki, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü iş günü hesab edilmir.

21 iyun şənbə, 28 iyun şənbə, 29 iyun isə bazar gününə təsadüf edir. Beləliklə, 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirildiyindən 26, 27, 28 və 29 iyun tarixləri qeyri-iş günü, 21 iyun isə iş günü olacaq.

Xəbər lenti

Xəbər lenti