...

Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 26 İyun 2025 12:40 (UTC +04:00)
Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib (FOTO) (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı, Gəncə, Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub.

Trend xəbər verir ki, hərbi qulluqçular iyunun saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş ediblər:

Bakı şəhəri üzrə:
* Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi;

* Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

* Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

* “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

* Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;

Qeyd edək ki, Gəncə, Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə və prospektlərində də yürüşlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti