...

Biz Qarabağ Zəfərini Azərbaycan Ordusu sayəsində əldə etdik - Paytaxt sakini

Cəmiyyət Materials 26 İyun 2025 12:35 (UTC +04:00)
Biz Qarabağ Zəfərini Azərbaycan Ordusu sayəsində əldə etdik - Paytaxt sakini
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı, Gəncə, Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub.

Trend bununla bağlı paytaxt sakinlərinin təəssüratlarını öyrənib.

Bakı sakini Trend-ə açıqlamasında bildirib ki, bu gün öz nəvəsi ilə birgə yürüşü izləməyə gəlib:

“Nəvəmi də götürüb gəldim ki, vətənpərvərlik ruhu ilə böyüsün. Önümüzdəki illərdə də hər il nəvəmi yürüşlərə gətirməyə davam edəcəyəm. Allah bizə qələbəni yaşadan Ordumuza can sağlığı versin, şəhidlərimizə rəhmət etsin”.

Digər paytaxt sakini isə Trend-ə təəsüratlarını bölüşərək qeyd edib ki, biz Qarabağ Zəfərini məhz Azərbaycan Ordusu sayəsində əldə etdik.

O, Azərbaycan Ordusuna can sağlığı arzulayıb: "Allah onların canını sağ eləsin ki, Vətəni və xalqımızı qoruyurlar. Arzum əmin-amanlıqdır, hər zaman əmin-amanlıq şəraitində yaşayaq. Qazilərimizə Allahdan şəfa, şəhidlərimizə rəhmət diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti