Xankəndi. Trend:
Bu möhtəşəm gündə, 26 iyun Silahlı Qüvvələr günündə Xankəndidə olmaq mənə çox böyük fəxarət hissi yaşadır.
Bunu Trend-in yerli müxbirinə açıqlamasında Xankəndidə qonaq olan Cəlal Abdullayev deyib.
O bilidirib ki, bu keçidi, hərbi-təntənəli yürüşü görmək qururverici hissdir:
“Fürsətdən istifadə edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə ordumuza səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gündə Ordumuza şərəfli və məsuliyyətli xidmətlərində uğurlar, hər bir hərbi qulluqçumuza möhkəm can sağlığı və ruh yüksəkliyi arzulayıram. Allah Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və möhkəm sağlığı versin", - o əlavə edib.