Bakı. Trend:
Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ailələri və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
İştirakçılar əvvəlcə Hərbi Hissənin ərazisində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Hərbi Hissənin klubunda davam etdirilən tədbirdə Dövlət Himni oxunub, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə RİH başçısı Abdin Fərzəliyev çıxış edərək həbçilərimizi “26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan ordusunun öz üzrəinə düşən vəzifəni layiqincə, ləyaqətlə yerinə yetirdiyini, şanlı Vətən müharibəsində döyüş əzmi ilə düşməni sarsıtdığını və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında qələbə qazandığını önə çəkən RİH başçısı Silahlı Qüvvələrimizin bizim hərb tariximizə qızıl hərflərlə zəfərlər yazdığını bildirib. Azərbaycan ordusunun bugünki qələbələrinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, ölkəmizdə milli kadrların hazırlanması, hərb sənətinin daha dərindən öyrənilməsi və maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində Ulu Öndərin misilsiz xidmətlərinin olduğunu qeyd edən RİH başçısı əlavə edib ki, bu gün də ordumuz istənilən hərbi təxribatın qarşısını qətiyyətlə almağa hazırdır.
Sonra hərbi hissənin rəhbəri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova və Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov çıxış edərək Azərbaycan ordusunun düşmən üzərində qazandığı qələbələrdən və torpaqlarımızı işğaldan azad etmək üçün göstərdiyi misilsiz qəhrəmanlıqlardan danışıblar. Qeyd edilib ki, işğaldan azad edilən şəhərlərimiz, kənd və qəsəbələrimiz sürətlə bərpa edilir, məcburi köçkünlər öz yurdlarına böyük iftixarla qayıtdırlar. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ordu quruculuğu daima dövlətin prioritet məsələlərindən biri olub.
Daha sonra incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim edilib.