...

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

Cəmiyyət Materials 1 İyul 2025 11:00 (UTC +04:00)
İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Ağdam. Trend:

Qarabağ Universitetinin rektorunun təklifi ilə tələbə mübadiləsini həyata keçirmək istəyirik.

Trend-in Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan ilk dəfə “İqtisadi Əməkdaşlıq Təşkilatı Həftəsi” çərçivəsində Ağdamda keçirilən Gənclər Forumunda çıxışı zamanı deyib.

O bildirib ki,Qarabağ Universitetinin rektorunun təklifləri əsasında üzv ölkələr arasında tələbə mübadiləsi baş tuta bilər.

"Regionun müxtəlif ölkələrindən tələbələrin oxumaq üçün Xankəndinə gəlməsi vacibdir."

Daha sonra İƏT-in baş katibi Qarabağ Universitetinin rektoru ilə görüşüb və fikir mübadiləsi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti