Bakı. Trend:
Yeni tədris ilində ümumtəhsil müəssisələrində Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan yeni dərsliklər tədris olunacaq.
Trend
xəbər verir ki, bu barədə ARTİ məlumat yayıb.
Bildirilib ki, ARTİ tərəfindən hazırlanan bu dərsliklər ümumtəhsil
müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təlim
yanaşmalarının tətbiqi və şagirdlərin biliklərinin daha sistemli
formalaşdırılması məqsədini daşıyır.
2025-2026 -cı tədris ilində istifadəyə veriləcək yeni
dərsliklər:
8-ci sinif – Kimya, Fizika, Biologiya (Azərbaycan və rus bölməsi
üçün)
7-ci sinif – Coğrafiya (Azərbaycan və rus bölməsi üçün)
6-cı sinif – Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика,
Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili)
3-cü sinif – Həyat bilgisi (azərbaycan və rus bölməsi üçün)
Yeni kurikulumlar əsasında yeni dərsliklərin hazırlanması prosesi bu il də davam edir.
Yeni kurikulumlar əsasında hazırlanan aşağıdakı dərsliklər ilkin sınaq məqsədilə pilot siniflərdə istifadəyə veriləcək:
9-cu sinif – Kimya, Fizika, Biologiya, Coğrafiya
8-ci sinif – Coğrafiya, Riyaziyyat, Azərbaycan dili (tədris
dili)
7-ci sinif – Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика,
Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili),
4-cü sinif – Həyat bilgisi
Qeyd edək ki, bu ildən etibarən tədrisi digər dillərdə aparılan 5-ci və 6-cı siniflərdə “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris ediləcək.