...

Yeni Şuşa məscidi belə inşa olunur (VİDEO)

Cəmiyyət Materials 8 Sentyabr 2025 11:09 (UTC +04:00)
Yeni Şuşa məscidi belə inşa olunur (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ucalmaqda olan Yeni Şuşa məscidi öz əzəməti ilə şəhərin yeni simvoluna çevriləcək.

Trend xəbər verir ki, Məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü - Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan azad edildiyi 11-ci ayı simvolizə edəcək. Minarələrin hündürlüyü 72 metr olacaq.

Şuşa həm də öz tarixi memarlıq nümunələri olan məscidləri ilə məşhurdur. Bu tarixi memarlıq inciləri sırasına isə hazırda daha bir inci - Yeni Şuşa məscidi daxil olacaq.

Layihə Heydər Əliyev Fondunun və “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti