...

Food City Agrocomplex məktəbliləri sevindirdi (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2025 11:00 (UTC +04:00)
Food City Agrocomplex məktəbliləri sevindirdi (FOTO)

Bakı. Trend:

Food City Agrocomplex Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində şəhid övladlarına, Xaçmaz rayon Seyidlikəndyeri kənd ümumi orta ümumtəhsil məktəbi şagirdlərinə və şirkət əməkdaşlarının övladlarına məktəbli ləvazimatları və çantalar hədiyyə edilib. Aksiyanın məqsədi yeni tədris ilinə start verən uşaqların təhsil ehtiyaclarının qarşılanmasına dəstək olmaqdır.

Food City Agrocomplex nümayəndələri tədbir zamanı bildirib ki, “Bizim üçün təhsil, sosial rifah və dayanıqlı məşğulluq inkişaf strategiyamızın ayrılmaz hissəsidir. Şəhid övladlarının və region məktəblilərinin yanında olmaq mənəvi borcumuzdur.”

Eyni zamanda məktəb rəhbərliyi Food City Agrocomplex-in bu addımını yüksək qiymətləndirərək, Məktəb kollektivi və valideyn icması adından Food City Agrocomplex-ə təşəkkürünü çatdırıb.

Regionlarda sosial rifahın yüksəldilməsi, yerli icmalar üçün məşğulluq imkanlarının genişləndirilməsi, təhsilə və gənclərin inkişafına dəstəyin ardıcıl şəkildə davam etdirilməsini planlayan Food City Agrocomplex məktəbli layihəsini də miqyaslandırmağı və daha çox məktəbi əhatə etməyi planlaşdırır.

Qeyd edək ki, Food City Agrocomplex Azərbaycanın şimal bölgəsində, beynəlxalq ticarət dəhlizlərinin üzərində yerləşən İdxal-ixrac, tranzit və re-export üzrə ixtisaslaşmış bir pəncərə prinsipi ilə idarə olunan çoxfunksiyalı logistik habdır. Qida məhsullarının saxlanılması, daşınması, idxal-ixrac, re-export və tranzit əməliyyatları üçün etibarlı həllər təklif edən kompleksimizdə beynəlxalq səviyyəli qida təhlükəsizliyi laboratoriyamız fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti