...

Polis Bakıda gecə klubunda soyğunçuluq edən şəxsləri saxlayıb

Cəmiyyət Materials 25 Sentyabr 2025 17:37 (UTC +04:00)
Polis Bakıda gecə klubunda soyğunçuluq edən şəxsləri saxlayıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Polis Bakıda gecə klubunda soyğunçuluq edən şəxsləri saxlayıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonunda talama cinayəti qeydə alınıb. Bir qrup şəxs paytaxt ərazisində yerləşən ictimai iaşə obyektlərinin birində qonaq qismində olan 2 nəfəri kəsici-deşici alətlə hədələyərək onların 800 manatını ələ keçirib:

"Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı Emil Həsənov və 35 yaşlı Şəhriyar Məmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar arasında hesab ödəmək üstündə yaranan mübahisə sonradan açıq talama yolu ilə pul vəsaitinin ələ keçirilməsi ilə nəticələnib", - deyə məlumatda qeyd olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti