Bakı. Trend:
AMEA-nın Gənclər Akademiyası təqdim ediləcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akademik İsa Həbibbəyli Akademiyanın 80 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, akademiyada gənclərin işlərinə xüsusi önəm verilir: "Biz AMEA-da Türkologiya ilə bağlı şöbələri yenidən qurub inkişaf edirməyi özümüzə borc bildik.
Süni intellektlə bağlı da AMEA-da işlər görülür. Akademiyada Elektron xidmətlər şöbəsi fəaliyyətə başlamışdı. Eyni zamanda Yubiley günü AMEA-nın Gənclər Akademiyəsi təqdim ediləcək".
Onun sözlərinə görə, ilk dəfədir AMEA-nın yubileyi AMEA-dan xaricdə keçirilir.
"Bunlara Qarabağ Universiteti, Bakı Dövlət Universiteti, AMEA-nın Naxçıvan bölməsi daxildir. Ölkənin müxtəlif yerlərində, hətta xaricdə belə AMEA-nın yubileyinin qeyd edilməsi elmə verilən yüksək dəyərin bariz nümunəsidir. Cəmiyyət 300 ildə 4 sənaye inqlabı yaşayıb. Elm olmadan heç bir sənaye inqlabı baş verməyib. Bütün elmi-texniki inqlabların hamısı elm ilə bağlıdır. Hansı dövlət elmdə birincidirsə, o dünyanın da birincisidir".
"AMEA müxtəlif inkişaf mərhələləri keçərək bu günki günə gəlib çatıb. 2022-ci ildən bu yana olan dövrü AMEA-da yeniləşmə və islahatlar dövrü adlandırırıq. Xalq qəhramanlarının çoxusu qaçaq, quldur hesab edilmişdi. Sovet dövründə qəhrəmanları unutdurmaq istəyirdilər. SSRİ tərəfindən əritmə siyasəti aparılırdı. Biz tarixi şəxsiyyətlərimiz haqqında kitablar yazaraq bu istiqamətdə yeniliklər apardıq".