Bakı.Trend:
Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə keçirilən çoxmillətli "Birlik - 2025" birgə regional təlimi davam edir.
Trend xəbər verir ki, bu barədə müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 3 mərhələdən ibarət təlimdə dövlət
sərhədinin mühafizəsi və müdafiəsinin gücləndirilməsi, qanunsuz
silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və məhv edilməsi
üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.
Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin hərbi
kontingentləri arasında qarşılıqlı fəaliyyətlərin təşkili üzrə
hazırlıqlarının təkmilləşdirilməsinə, birgə əməliyyatların
keçirilməsi imkan və bacarıqlarının inkişaf etdirilməsinə
yönəldilib.