Bakı. Trend:
Bakıda Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025”in açılış mərasimi keçirilir.
Trend xəbər verir ki, tədbir Bakı Ekspo Mərkəzində dövlət strukturları nümayəndələrinin iştirakı ilə baş tutur.
Sərgi çərçivəsində bir sıra tədbirlər keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi 3 gün davam edəcək.
Xəbər yenilənəcək
