...

“Crossmedia.az”ın 1-yaşı tamam olur

Cəmiyyət Materials 1 Noyabr 2025 12:09 (UTC +04:00)
“Crossmedia.az”ın 1-yaşı tamam olur
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Crossmedia.az" saytının fəaliyyətə başlamasından 1 il ötür.

Bu gün Azərbaycanda fəaliyyət göstərən müstəqil media platformalarından biri olan "Crossmedia.az" saytının fəaliyyətə başlamasından 1 il keçir.

Qısa müddətdə geniş oxucu auditoriyası qazanan "Crossmedia.az" cəmiyyətin müxtəlif sahələrinə dair obyektiv, operativ və dolğun xəbərləri ilə fərqlənib. Sayt ölkədə və dünyada baş verən hadisələrə çevik yanaşması, peşəkar jurnalist komandası və analitik məqalələri ilə media məkanında öz yerini möhkəmləndirib. Crossmedia.az Analitik informasiya Portalı onlayn media olaraq Media Reyestrinə daxil edilib.

"Crossmedia.az" kollektvini bu münasibətilə təbrik edir, onlara yeni uğurlar və yaradıcı nailiyyətlər arzulayırıq.

Xəbər lenti

Xəbər lenti