Bakı. Trend:
Bakı metropolitenində rəqəmsal ödəniş imkanları genişləndirilib.
QSC-dən Trend-ə verilən məlumata görə, artıq metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəniş edə etmək mümkün olacaq.
Bildirilib ki, yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında (“Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sınaq mərhələsindədir və tezliklə bütün xətlər üzrə aktiv olacaq.
“Sınaq mərhələsində texniki çətinlik yaranarsa, “BakıKart” və ya digər ödəniş üsullarından yararlana bilərsiniz”, - deyə məlumatda qeyd edilib.
