Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi qulluqçular noyabrın 6-da saat 10:00-dan
12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
Bakı şəhəri üzrə:
* Şəhidlər Xiyabanı - “Alov Qüllələri” Kompleksi - “İçərişəhər”
metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft
dairəsi - Bəhram Gur heykəli;
* Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn
Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti -
Şəhidlər Xiyabanı;
* “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi -
Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı -
İ.Nəsimi heykəli - Neftçilər prospekti;
Sumqayıt şəhəri üzrə:
Dənizkənarı Bulvar ərazisi;
Naxçıvan şəhəri üzrə:
Dilqəm Pişəvəri, Əziz Əliyev küçələri və Heydər Əliyev prospektinin
kəsişməsindən “Zəfər Parkı”nadək;
Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə və
prospektləri.
