Bakı.Trend:
Azərbaycan dəmir yollarında yüklərin daha sürətli və daha müştəriyönümlü daşınması üçün bir sıra yeniliklər tətbiq edilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq ADY-dən bildirilib.
Qeyd edilib ki, ilk növbədə, həm sərhəd keçid, həm gömrük, həm də dəmir yolları prosedurlarının tətbiq edilməsi, rəsmiləşdirilməsi üçün "vahid pəncərə" yanaşması layihəsi üzərində çalışılır.
"Layihənin hər sərhəd keçid məntəqəsində - şimal, cənub və qərb istiqamətlərində icrası nəzərdə tutulur",-qurumdan əlavə edilib.
