...

Azərbaycan və Belarus XTQ-ləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2025 20:02 (UTC +04:00)
Azərbaycan və Belarus XTQ-ləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planı çərçivəsində hər iki ölkənin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında görüş keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Ölkəmizə səfər çərçivəsində qonaqlar XTQ-nin N hərbi hissəsini ziyarət ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb, ehtiram nümayiş etdirilib.

Qonaqlara Azərbaycan XTQ-si haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Görüş zamanı tərəflər Azərbaycan və Belarus XTQ-ləri arasında mümkün əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparıb, əlaqələrin inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran təklifləri müzakirə ediblər.

Yekunda qonaqlar xüsusi təyinatlıların döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti