...

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş edib

Cəmiyyət Materials 19 Noyabr 2025 20:35 (UTC +04:00)
Banqkoka uçan təyyarə Bakıda məcburi eniş edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş edib

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, “Finnair” aviaşirkətinin Banqkok–Helsinki marşrutu üzrə uçuşunu həyata keçirən Airbus A350 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu ünvanlayıb.

Buna səbəb uçuş zamanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış qəfil problem olub.

Ekipaj tərəfindən operativ qərar qəbul edilərək, reys Bakı üzərinə yönləndirilib və təyyarə yerli vaxtla 19:44-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Tibbi xidmət tərəfindən sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və onun vəziyyəti ilə bağlı müvafiq tibbi prosedurlar hazırda davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün reyslər üzrə uçuşların təhlükəsizliyini və sərnişinlərin rifahını təmin etmək məqsədilə beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiya işlərini həyata keçirməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti