Bakı. Trend:
Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
13:13
xxx
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
