Bakı.Trend:
Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcədən 5 dərəcəyədək, gündüz 6 dərəcədən 9 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz 7dərəcədən 10 dərəcəyədək, dağlarda gecə 3 dərəcədən 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 10 dərəcədən 13 dərəcəyədək şaxta, gündüz 2 dərəcədən 6 dərəcəyədək şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
