Bakı. Trend:
Milli Məclisin 2025-ci il payız sessiyası başa çatıb.
Trend xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclası başa çatdıqda 2025-ci il payız sessiyasını bağlı elan edib.
Məlumat üçün bildirək ki, Konstitusiyaya uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.
Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.
