Bakı. Trend:
Sabah hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Trend Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, dekabrın 31-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti gözlənilir.
Hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
