...

Dağlıq və dağətəyi rayonlara qar yağacaq

Cəmiyyət Materials 14 Yanvar 2026 12:37 (UTC +04:00)
Dağlıq və dağətəyi rayonlara qar yağacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiyada Xidmətindən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcədən 3 dərəcəyədək, gündüz 4 dərəcədən 6 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə -2 dərəcədən şaxtdan 3 dərəcədək, gündüz 4 dərəcədən 8 dərəcəyədək, dağlarda gecə -5 dərəcədən -10 dərəcəyədək, yüksək dağlıq ərazilərdə -11 dərəcədən -16 dərəcəyədək, gündüz -2 dərəcədən -5 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti