...

“Tədqiqat Metodları” kitabı təqdim edildi (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2026 16:40 (UTC +04:00)
“Tədqiqat Metodları” kitabı təqdim edildi (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İnqilab Şahbazovun “Tədqiqat Metodları” adlı kitabının təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzində keçirilən kitab təqdimatında mərkəz əməkdaşları, elm və təhsil işçiləri, millət vəkilləri və tələbələr iştirak ediblər.

Təqdimatın moderatoru STM-nin sektor müdiri Əfqan Vəliyev çıxışında qeyd edib ki, bu kitabın 2019-cu ildə çap edilmiş ilk nəşri Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin genişləndirilməsinə xüsusi töhfə verib.
Onun sözlərinə görə, bu gün təqdim ediləcək kitab əvvəlki nəşrdən xeyli fərqlənir:

"Kitabın əsas üstünlüyü onun yenilənmiş versiya olmasıdır. Yeni nəşrdə əlavə parametrlər, müasir tədqiqat metodları və onların cari standartlara uyğun işlənməsi ilə bağlı struktur əhatəli şəkildə təqdim olunub.
Bu kitab vasitəsilə həm sosial, həm iqtisadi sahələrdə tədqiqatlar aparılıb və nəticələr yönləndirici məzmun daşıyır. Kitab oxucuya çətinliklərin müəyyən edilməsində və nəticələrin qiymətləndirilməsində kömək edir. Eyni zamanda, bir sənədin hazırlanması, tədqiqatın strukturu və analitik hesabatın tərtibi kimi proseslər də ətraflı şəkildə təqdim olunub. Sevindirici haldır ki, bütün bu biliklər Azərbaycan kontekstində tətbiq olunacaq şəkildə işlənib".

Kitabın müəllifi İnqilab Şahbazov isə çıxışında Azərbaycandilli ədəbiyyat çatışmazlığına diqqət çəkib və kitabın yazılma məqsədlərindən danışıb:

"Bu kitabı yazmaqda məqsədim və hədəfim Azərbaycan dilində sosial tədqiqatlar aparmaq istəyənlər üçün bizim dildə bir vəsait, ədəbiyyat yaratmaqdır. Burada müəllimlər və tələbələr iştirak edir. Bildiyiniz kimi, Azərbaycanın ədəbiyyat sahəsində uzun illər ərzində müəyyən çatışmazlıqlar mövcud olub. Son illərdə görülən səylər nəticəsində bəzi müsbət dəyişikliklər əldə edilsə də, hələ də ciddi boşluqlar qalır. Bu çatışmazlıqların aradan qaldırılması mənim kimi şəxslər üçün böyük bir məsuliyyətdir", müəllif bildirib.
Millət vəkili Gülşən Paşayeva isə çıxışında qeyd edib ki, bu kitabın ən böyük üstünlüyü Azərbaycan dilində olmasıdır:

"Sosial tədqiqat metodları barədə öz dilimizdə belə bir kitabın nəşri olduqca əhəmiyyətlidir. Beləcə, həm bilik ötürülür, həm də praktik tətbiq üçün istifadə imkanı yaranır. Kitab hazırlanarkən Azərbaycan kontekstinin nəzərə alınması ilə mövzu və struktur baxımından faydalı və keyfiyyətli bir nəşr ortaya çıxıb".

Sonra təqdimat kitab və mövzu istiqamətində müzakirələrlə davam edib, müəllif kitablarını imzalayıb.

Qeyd edək ki, kitab "TeasPress" nəşriyyatında nəşr edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti