Bakı.Trend:
Yanvarın 18-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətidən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Bildirilir ki, bəzi yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 0 dərəcədən 3 dərəcəyədək, gündüz 3 dərəcədən 6 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu, nisbi rütubət gecə 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə -4 dərəcədən 1 dərəcəyədək, gündüz 1 dərəcədən 5 dərəcəyədək, dağlarda gecə -5 dərəcədən -10 dərəcəyədək, yüksək dağlıq ərazilərdə -13 dərəcədən -18 dərəcəyədək, gündüz 0 dərəcədən -5 dərəcəyədək olacaq.
Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
