...

Bu layihələr enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşəcək - Qərar

Cəmiyyət Materials 7 Fevral 2026 09:49 (UTC +04:00)
Bu layihələr enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşəcək - Qərar
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələrə dair Tələblər” təsdiq edilib.

Trend-in məlumatına görə, bununla bağlı energetika naziri Pərviz Şahbazov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu tələblər “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”nın uyğun olaraq hazırlanıb və fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən layihələrə dair tələbləri müəyyən edəcək.

Enerji Məsələlərini Tənzimləmə Agentliyi Enerji effektivliyi fondunun vəsaiti hesabına bu tələblərə uyğun gələn layihələrin maliyyələşdirilməsini, o cümlədən layihələr üzrə subsidiya və qrantların ayrılmasını, habelə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsini təmin edəcək.

Bu tələblərdə istifadə olunan anlayışlar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda, “Qrant haqqında” Qanunda, Qaydada və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edəcək.

Fondun vəsaitindən istifadə istiqamətləri və stimullaşdırıcı tədbirlər üzrə layihələrə dair tələblər

Fondun vəsaitindən istifadə istiqamətləri və stimullaşdırıcı tədbirlər üzrə layihələrə dair tələblərin, tətbiq edilən texnologiya və tədbirlərin, fiziki və hüquqi şəxslərin əhatə dairəsi bu tələblərə əlavə ilə müəyyən ediləcək.

Layihələrin inkişafına dəstək üçün (texniki və (və ya) maliyyə əsaslandırmalarının, texniki layihələndirmə cizgilərinin, enerji auditinin keçirilməsi) qrant verilərkən “Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarlar”a uyğun gələn təsərrüfat subyektləri və qeyri-yaşayış binalarına üstünlük veriləcək.

Fondun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmayan layihələr

Fond aşağıdakı sahələrlə bağlı layihələri maliyyələşdirmir:

  • silah və sursat istehsalı və ya ticarəti;
  • alkoqollu içkilərin istehsalı və ya ticarəti;
  • tütün məmulatlarının istehsalı və ya ticarəti;
  • torpaq və mövcud binaların satın alınması, kirayəsi və ya icarəsi;
  • istifadədə olmuş avadanlıqların təkrar istifadəsi;
  • radioaktiv materialların istehsalı və ya ticarəti (tibbi və keyfiyyət nəzarəti avadanlıqları istisna olmaqla);
  • asbest liflərinin istehsalı və ya ticarəti;
  • təhlükəli kimyəvi maddələrin istehsalı, ticarəti, saxlanması və ya istifadəsi;
  • idarə olunan meşələrdən olmayan ağac və ya meşə məhsullarının istehsalı və ya ticarəti.

Məlumat üçün bildirək ki, qərar yanvarın 22-də qəbul edilib, fevralın 3-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, fevralın 4-də qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti