...

Nəşriyyatlar tərəfindən hazırlanan iş dəftərlərində qüsurlar olur - Zaur İsayev

Cəmiyyət Materials 11 Fevral 2026 16:39 (UTC +04:00)
Nəşriyyatlar tərəfindən hazırlanan iş dəftərlərində qüsurlar olur - Zaur İsayev
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Özəl nəşriyyatlar tərəfindən hazırlanan iş dəftərlərində müəyyən qüsurlar olur.

Trend xəbər verir ki, bunu Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev canlı yayımda bildirib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin Təhsil İnstutu ilə hazırladığı iş dəftərlərindən istifadə etmək tövsiyyə edilir:

"Təhsil İnstitutunun hazırladığı iş dəftərləri minimum ucuz qiymətə satılır. Sadəcə çap qiymətinə satılır demək olar. İş dəftərlərindən istifadə məcburi deyil, amma arzuolunandır".

O həmçinin bildirib ki, dərsliklərlə bağlı bütün müəllimlər elektron poçt ünvanı vasitəsilə rəy bildirə bilərlər:

"Həmin elektron poçt ünvanı vasitəsilə göndərilən rəylər həm birbaşa dərslik müəllifinə, həm də Təhsil Nazirliyinə gedir. Elmlər Akademiyasının dərsliklərlə bağlı rəy verilməsinə cəlb edilməsi vacibdir.

Yeni kurrikulum təşkil edilmiş siniflərdə köhnə dərsliklərlə tədris aparmaq mümkün deyil. Eyni zamanda, köhnə kurrikulum sistemi ilə başlayan şagirdlərə yeni kurrikulumla yenilənmiş dərslikdən istifadə etmək olmaz. Yəni, dərsliklərin yenilənməsi proqram əsasında təşkil edilir. İndiki şagirdlərin valideynləri 20 il bundan əvvəl məktəbdə oxuyanda yeganə bilik mənbəyi dərsliklər idi. İndi dərsliklər yeganə bilik mənbəyi deyil", o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti