...

Azərbaycanda elektron siqaret çəkən şəxslər cərimələnəcək - MƏBLƏĞ

Cəmiyyət Materials 17 Fevral 2026 11:00 (UTC +04:00)
Azərbaycanda elektron siqaret çəkən şəxslər cərimələnəcək - MƏBLƏĞ
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşdiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunula qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti