...

Azərbaycanda elektron siqaret çəkənlər cərimələnəcək - MƏBLƏĞ

Cəmiyyət Materials 20 Fevral 2026 13:24 (UTC +04:00)
Azərbaycanda elektron siqaret çəkənlər cərimələnəcək - MƏBLƏĞ
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Elektron siqaretlərin istifadəsinə görə cərimələr müəyyənləşdiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunla qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə ediləcək.

Qanun təsdiqlənəcəyi təqdirdə, 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsinə qadağa 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti