...

Universitet və kolleclərə qəbul üçün neçə nəfər qeydiyyatdan keçib - Statistika

Cəmiyyət Materials 20 Fevral 2026 10:54 (UTC +04:00)
Universitet və kolleclərə qəbul üçün neçə nəfər qeydiyyatdan keçib - Statistika
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üçün indiyə qədər 39174 nəfər qeydiyyatdan keçib.

Trend Dövlət İmtahan Mərkəzinin statistikasına istinadən xəbər verir ki, hazırda universitetlərə qəbul üçün Azərbaycan bölməsi üzrə 34170 nəfər, rus bölməsi üzrə 5004 nəfər olmaqla ümumilikdə 38516 nəfər qeydiyyatdan keçib.

Kollec (11 illik) üçün isə qeydiyyatdan keçənlərin sayı 34268 nəfərdir. Onların 30472-i Azərbaycan bölməsi, 3796 nəfəri isə rus bölməsi üzrə qeydiyyatdan keçib.

2025-ci il buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulan abituriyent sayı isə hələki 753 nəfərdir.

Qeyd edək ki, III ixtisas qrupu üzrə dil-tarix (DT) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, tarixcoğrafiya (TC) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər ödəniş etməklə əlavə olaraq coğrafiya fənnindən imtahan verməlidirlər.

Xatırladaq ki, ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illik təhsil bazasında kolleclərə sənəd qəbuluna dünən başlanıb və martın 5-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti