...

Elnur İbrahimov vəzifəsindən azad edildi

Cəmiyyət Materials 23 Fevral 2026 15:00 (UTC +04:00)
Elnur İbrahimov vəzifəsindən azad edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Sərəncam imzalayıb.

Belə ki, sərəncamla Elnur Abbas oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Digər bir sərəncamla isə Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası həmin Agentliyin İdarə Heyəti sədrinin müavini Vüsal Cəmil oğlu Məmmədova həvalə edilib.

Qeyd edək ki, E.İbrahimov 2023-cü il mayın 2-də “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti