...

Universitet və kolleclərə qəbul üçün qeydiyyat bu həftə bitir - Son statistika

Cəmiyyət Materials 2 Mart 2026 09:45 (UTC +04:00)
Universitet və kolleclərə qəbul üçün qeydiyyat bu həftə bitir - Son statistika
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ali təhsil müəssisələrinə (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18-də başlanıb və 5 mart tarixinədək davam edəcək.

Trend Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edə bilər.

Hazırda universitet və kolleclərə qəbul üzrə ümumilikdə 112 693 nəfər qeydiyyatdan keçib.

Bunlardan 110 317 nəfər ali məktəblər, 101 975 nəfər isə kolleclər üzrə qeydiyyatdan keçib.

Qeyd edək ki, 2025-ci il buraxılış və ya test imtahalarının 1-ci mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulanların sayı isə 2156 nəfər, 2025-ci ildə "Azərbaycan dili (dövlət dili kimi)" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı isə 908 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti