Bakı. Trend:
Təhsil müəssisələrinə elektron tələbə qəbulu ilə bağlı yeni mərhələlər müəyyənləşdirilib.
Trend-in əldə etdiyi məlumata görə, tələbə qəbulu mygov-a inteqrasiya edilir.
Belə ki, xidmətin mygov platformasında istifadəyə verilməsinin (istismar mühitində) 2026-cı il iyulun 1-nə qədər təmin edilməsi nəzərdə tutulur.
Xidmətin mövcüd iş axının 30 iyun 2026-cı ilə qədər təqdim edilməsi, 18 iyul 2026-cı ilə qədər isə Xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması nəzərdə tutulur.
Layihənin icrasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi iştirak edir.
