...

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

Cəmiyyət Materials 9 Aprel 2026 12:21 (UTC +04:00)
Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi elektron qaydada həyata keçiriləcək.

Trend-in məlumatına görə, qeydiyyat Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən həyata keçiriləcək.

Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən 2026-cı il oktyabrın 10-dək Xidmətin Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra - EHİS) inteqrasiyası təmin edilməlidir.

İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xidmətin mövcüd iş axınını 2026-cı ilin oktyabrın 18-dək təqdim etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi 2026-cı ilin noyabrın 6-dək xidmətin təkmilləşdirmələri nəzərə alınmaqla yeni iş axınını təqdim etməli və razılaşdırmalıdır.

Xidmət 2026-cı il dekabrın 30-dək mygov platformasında istifadəyə verilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti