...

Təhsil tələbə kreditinə müraciət "mygov" üzərindən ediləcək

Cəmiyyət Materials 9 Aprel 2026 15:47 (UTC +04:00)
Təhsil tələbə kreditinə müraciət "mygov" üzərindən ediləcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir.

Trend-in əldə etdiyi məlumata görə, 1 may 2026-cı ildən xidmətin Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra - EHİS) inteqrasiyasının təmin edilməsi planlaşdırılır.

Xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması isə 6 iyun 2026-cı ildən etibarən nəzərdə tutulur.

Həmin tarixdən xidmətin "mygov" platformasında istifadəyə verilməsi (istismar mühitində) də nəzərdə tutulur.

Bu istiqamətdə işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi görəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti