...

Azərbaycanda çoxuşaqlı qadınlar üçün müavinətə müraciətin yeni qaydası tətbiq olunacaq

Cəmiyyət Materials 9 Aprel 2026 20:00 (UTC +04:00)
Azərbaycanda çoxuşaqlı qadınlar üçün müavinətə müraciətin yeni qaydası tətbiq olunacaq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

5-dən çox uşağıolan qadınlara aylıq sosial müavinətin təyin edilməsi üzrə arayışın verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir.

Trend-in əldə etdiyi məlumata görə, 20 may 2026-cı ilə qədər Xidmətin Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra - EHİS) inteqrasiyasının təmin edilməsi nəzərdə tutulur.

İyunun 1-nə qədər xidmətin mövcüd iş axının təqdim edilməsi, iyunun 22-nə qədər isə xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması planlaşdırılır.

Sentyabrın 9-na qədər isə xidmətin mygov platformasında istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur.

Bununla bağlı işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icra edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti