Bakı. Trend:
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz
olunacaq.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı
olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə qısamüddətli intensiv olacağı ehtimalı var. Axşama doğru
tədircən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi
əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti, dağlarda
gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
