...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 14 Aprel 2026 12:51 (UTC +04:00)
Sabah hava necə olacaq?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı.Trend:

Aprelin 15-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti