...

Dövlət Proqramına sənəd qəbulunda ilk dəfə süni intellektdən istifadə ediləcək

Cəmiyyət Materials 15 Aprel 2026 11:07 (UTC +04:00)
Dövlət Proqramına sənəd qəbulunda ilk dəfə süni intellektdən istifadə ediləcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 33 ölkənin 230-dan çox universiteti və həmin ali təhsil müəssisələri üzrə 4000-dən artıq proqram əhatə olunur.

Trend xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov mediaya müsahibəsində bildirib.

Onun sözlərinə gorə, proqramda ümumilikdə 15 prioritet ixtisas müəyyən edilib:

"Yeniliklərdən biri olaraq, mədəniyyət və incəsənət sahəsi üzrə proqramların sayı 19-a çatdırılıb. Yüksək nəticə göstərən namizədlərin ballarında bərabərlik yarandığı halda, növbəti mərhələdə onların dil bilikləri və digər meyarlar əsasında reytinqi müəyyən ediləcək.

Bu il sənəd qəbulu prosesində ilk dəfə olaraq süni intellekt alətlərindən istifadə olunacaq. Bu isə qəbul prosesinin daha şəffaf və yoxlamaların daha düzgün aparılmasına xidmət edəcək. Bununla belə, proses tam şəkildə süni intellektə ötürülmür".

Qədir Xəlilov qeyd edib ki, namizədlər qaydalarda göstərilən tələblərə uyğun olaraq sənədlərini yükləməlidirlər ki, yoxlama mərhələsində hər bir məqama xüsusi diqqət yetirilə bilsin:

"Proqram üzrə yaş məhdudiyyəti nəzərdə tutulmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti