“EFES-2026”: Dənizdən sahilə hücum tapşırığı icra edilib (VİDEO)

Cəmiyyət Materials 16 May 2026 10:33 (UTC +04:00)
“EFES-2026”: Dənizdən sahilə hücum tapşırığı icra edilib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə müştərək təlimi çərçivəsində növbəti tapşırıqlar uğurla tamamlanıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, təlim planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları dənizdən sahilə hücum tapşırığını icra ediblər.

Yüksəksürətli katerlərlə sahildə yerləşən şərti düşmən mövqelərinə yaxınlaşan qruplar, intensiv atəş dəstəyi altında quruya çıxıb, istehkamları dəf edərək müdafiə mövqelərini qısa müddətdə zərərsizləşdiriblər.

Məlumata görə, aparılan effektiv əməliyyat nəticəsində sahil xətti tam təmizlənib və desant qüvvələrinin quruya çıxması üçün təhlükəsiz şərait yaradılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti