Naxçıvan Avtomobil Yolları Agentliyi ilə bağlı materiallar prokurorluğa göndərildi

Cəmiyyət Materials 5 İyun 2026 12:26 (UTC +04:00)
Naxçıvan Avtomobil Yolları Agentliyi ilə bağlı materiallar prokurorluğa göndərildi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan qurumlarda dövlət vəsaitlərinin istifadə və idarə edilməsinə dair aparılmış auditin nəticələrini prokurorluq orqanına göndərilməsini qərara alıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclasında qərar verilib.

Qeyd edək ki, audit Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində fəaliyyət göstərən qurumlarda dövlət vəsaitlərinin istifadə və idarə edilməsini əhatə edib. Hesablama Palatasının Kollegiyası audit nəticələrinin hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti materialların prokurorluq orqanlarına təqdim olunmasını məqsədəuyğun hesab edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti