Bazar günü temperatur 41 dərəcəyədək yüksələcək - Xəbərdarlıq

Cəmiyyət Materials 8 Avqust 2026 14:14 (UTC +04:00)
Bazar günü temperatur 41 dərəcəyədək yüksələcək - Xəbərdarlıq
Aysel Səmədova
Aysel Səmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bazar günü Azərbaycanda temperatur 41 dərəcəyədək yüksələcək.

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava ilə bağlı xəbərdarlıq yayıb.

Bildirilib ki, avqustun 9-da havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, eyni zamanda Mərkəzi Aran və Naxçıvan MR-da 35-40, bəzi yerlərdə 41 dərəcəyə yaxın, dağlıq rayonlarda isə 28-33 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqustun 9-da Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti