M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır

Cəmiyyət Materials 24 Avqust 2026 14:25 (UTC +04:00)
M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda yenilik tətbiq edilir.

Avtobuslara sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə nəqliyyat vasitələrinə ikinci oxuma cihazının (validatorların) quraşdırılmasına başlanılıb. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti