Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır - AAYDA (VİDEO)

Cəmiyyət Materials 29 Avqust 2026 16:35 (UTC +04:00)
Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır - AAYDA (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vətəndaşlara müraciətində deyilir.

"Sürətli magistral və ödənişli avtomobil yollarının kənarlarında quraşdırılan qoruyucu dəmir torlar vəhşi və ev heyvanlarının hərəkət hissəsinə çıxmasının qarşısını almaqla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Lakin bəzi hallarda bu torların ayrı-ayrı şəxslər tərəfindən zədələnməsi və ya qırılması nəticəsində heyvanların avtomobil yoluna çıxmasına şərait yaranır. Bu isə sürücülər üçün gözlənilməz təhlükə yaradır və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır",-deyə məlumatda bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti